logo
logo logo
logo

Fatih Terim "Qalatasaray"a geri dönəcək? - Özü cavablandırdı

11:00 - 25 Sentyabr 2026

Fatih Terim \"Qalatasaray\"a geri dönəcək? - Özü cavablandırdı

"Qalatasaray"ın əfsanəvi simalarından Fatih Terim yenidən klubda vəzifəyə gəlməsi ehtimalı ilə bağlı açıqlamalar verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “yenidən "Qalatasaray"da vəzifə alma ehtimalı” ilə bağlı sualını cavablandıran Terim şəxsi YouTube kanalında danışıb. O bildirib: “ "Qalatasaray"a baş məşqçi ol, "Qalatasaray"a prezident ol məsələsindən başlayım. Biz onsuz da "Qalatasaray"ın bir yerindəyik. Bu gün "Qalatasaray" haqqında danışırıqsa, onu özümüzə dərd ediriksə, deməli, onsuz da onun bir parçasıyıq. Mən Qalatasaraylı olmağı böyük Qalatasaraylılardan öyrəndim və onlar kimi olmaq üçün ömrümü həsr etdim”.

Jurnalistləri qonaq edən Terim daha sonra hazırkı baş məşqçi Okan Buruk haqqında da danışıb: “Orada vaxtilə mənim futbolçum olmuş, eyni məqsədə özünü həsr etdiyimiz Okan Buruk var. Bəzən mənə "Yenilər arasında onu niyə qeyd etmirsən?" deyirlər. Çempionluqlar qazanıb başqa komandada da çempion olduğu üçün onu onların arasında qeyd etməyin hörmətsizlik olacağını düşündüyümə görə bunu demirəm”.

Terim "Qalatasaray" rəhbərliyinə də toxunaraq, “ "Qalatasaray"a çox böyük xidmətləri olan Dursun prezident var. Mən bütün həyatım boyu "Qalatasaray"da birlik və həmrəyliyin tərəfdarı olmuşam. Mən məsələyə belə yanaşıram”, - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az