FİFA Türkiyənin “Fənərbağça” futbol klubuna transfer qadağası tətbiq edib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
Transfer qadağası 25 sentyabr 2026-cı ildən qüvvəyə minib.
Eyni zamanda qeyd olunub ki, müvafiq ödənişlər ediləcəyi təqdirdə, sanksiya ləğv ediləcək.