Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun yaxın saatlarda Madriddəki şəxsi təyyarəsinə minərək Səudiyyə Ərəbistanına yollanacağı bildirilib.
Qeyd edək ki, Portuqaliya millisi oktyabrın 1-də Millətlər Liqasının A Liqasının 3-cü turunda Danimarka ilə qarşılaşacaq.
Xatırladaq ki, Portuqaliya Millətlər Liqasında indiyədək iki oyun keçirib. Ronaldo Uelslə matçda (1:0) 67 dəqiqə meydanda olub, nəticə ilə bağlı heç bir göstəriciyə imza atmayıb. Norveçlə görüşdə (2:1) isə meydana çıxmayıb.