logo
logo logo
logo

 "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi

18:12 - 09 Oktyabr 2026

 \"Kəpəz\" \"Araz-Naxçıvan\"ı məğlub etdi

Misli Premyer Liqasında VII tura start verilib.


Manset.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Sarı-göylər"in ilk qolunu 31-ci dəqiqədə Blessinq Olabiran vurub. 86-cı dəqiqədə Rəhman Hacıyev fərqi iki topa çatdırıb.

Xallarının sayını 10-a çatdıran "Kəpəz" 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda daha bir oyunu var. Naxçıvan klubu 2 xalla sonuncu - 12-ci yerdədir.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək.

Xatırladaq ki, tura oktyabrın 11-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az