logo
logo logo
logo

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşdi 

19:11 - 27 Oktyabr 2026

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşdi 

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq.


Manset.az xəbər verir ki, Peşəkar Futbol Liqasından verilən məlumata görə, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

“Sumqayıt”ın bu mövsüm həmin arenada ilk ev oyununun Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az