Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Mozambiklə qarşılaşacaq.
Manset.az xəbər verir ki, C Divizionunun matçı saat 11:30-da Hövsan Yarış Kompleksində keçiriləcək.
Cütün qalibi saat 19:30-da Kuba – Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılaşmasında uduzan tərəflə saat 18:15-də oynayacaq.
Xatırladaq ki, Famil Xəlilovun rəhbərlik etdiyi U-15 millimiz AF qrupunun 3-cü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığmamız Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.