Futbol üzrə dünya çempionatı bu kanalda CANLI YAYIMLANACAQ

13:30 - 24 May 2022

Futbol üzrə dünya çempionatı bu kanalda CANLI YAYIMLANACAQ

İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlanacaq.

 

Manset.az xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. “Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.Balakişi Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb: “Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az