Qadın güləşçimiz İslamiadanın qalibi OLDU

20:03 - 11 Avqust 2022

Qadın güləşçimiz İslamiadanın qalibi OLDU

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Manset.az xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az