logo
logo logo
logo

Xocavənd Şəhəri Günü münasibətilə konsert keçirildi - FOTOLAR

00:19 - 21 Sentyabr 2026

Xocavənd Şəhəri Günü münasibətilə konsert keçirildi - FOTOLAR

Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı keçirilib.


Xocavənd şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə təşkil olunan konserti Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və doğma yurda qayıtmış Xocavənd sakinləri izləyiblər.

Konsertdən əvvəl çıxış edən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Dövlət Suverenliyi Günü və Şəhər Günü münasibətilə Xocavənd sakinlərinə təbriklərini çatdırıb.

Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocavənd də sürətlə bərpa olunur, qurulur: "Bir il öncə bu rayonda bir nəfər də olsun soydaşımız yaşamırdı. Hazırda Xocavənd rayonunda 4500 nəfərə yaxın soydaşımız məskunlaşıb və bu proses davam edir".

Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri —

 Xalq artisti Heydər Anatollu, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva,

Fəxri Kazım-Nicat və Aynur İsgəndərli çıxış ediblər.

Teatrın instrumental ansamblının müşayiəti ilə gerçəkləşən bayram konsertində Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.

Əsasən qəhrəmanlıq və birliyi tərənnüm edən nəğmələrdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Xocavənd məktəblisi Zülfiyyə Orucovanın ifasında vətənpərvərlik ruhlu şeir qiraət olunub. 

Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, azad yurdun səması rəngbərəng işıqlara bürünüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az