"Viktoriya"nın baş məşqçisi: "Qarabağ"la oyun böyük çağırışdır"

19:27 - 22 Avqust 2022

\"Viktoriya\"nın baş məşqçisi: \"Qarabağ\"la oyun böyük çağırışdır\"

"Bir çox futbolçum kimi mən heç vaxt bu turnirin qrup mərhələsində oynamamışam".

Manset.az report-a iatinadən xəbər verir ki, bunu "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Çexiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, bu görüş onlar üçün böyük çağırışdır: "Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az