“Qarabağ” Çexiyada hesabı açdı - Yenilənir

00:00 - 23 Avqust 2022

“Qarabağ” Çexiyada hesabı açdı - Yenilənir

Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Viktoriya” (Plzen) və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Viktoriya”: 36. Yindrjix Ştanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Dusan Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Matç başladı.

***

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlir.

Manset.az xəbər verir ki, matçda hesab açılıb. 

Qarşılaşmanın 39-cu dəqiqəsində Filip Ozobiç “Qarabağ”ı önə keçirən qola imza atıb. 

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Yeganə qolu 38-ci dəqiqədə Filipz Ozobiç vurub.

***

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlir.

Manset.az xəbər verir ki, matçda ikinci hissə başlayıb. 

Oyunun ilk yarısı təmsilçimiz “Qarabağ”ın minimalhesablı qələbəsi ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az