"Qarabağ"ın məşhur futbolçusu dünyanın tanınmış klubuna keçir - YENİLƏNDİ

13:10 - 28 Avqust 2022

\"Qarabağ\"ın məşhur futbolçusu dünyanın tanınmış klubuna keçir - YENİLƏNDİ

“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb.

Manset.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib.

Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək:

“Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”.

Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib.

Ə.Çəlikəl açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualına belə cavab verib:

“Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur”.

***

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın "Sent Etyen" komandasına transfer olunub.

Manset.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

Vadji ötən gün "Şamaxı"nı 4:0 hesabı ilə yendikləri Misli Premyer Liqası matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm UEFA Konfrans Liqası qarşılaşmalarında cəlb edib. Təcrübəli hücumçu 2021-ci ilin yayından çıxış etməyə başladığı "Qarabağ"da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə üz-üzə gəlib və evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan "Sent Etyen" mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az