İspaniyanın “Barselona” və “Atletiko” klublarının rəhbərlikləri fransalı hücumçu Antuan Qrizmannın daimi əsaslarla Madrid klubuna transferi ilə bağlı razılıq əldə ediblər.
Manset.az xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı hücumçu üçün Kataloniya klubuna 20 milyon avro ödəcəyək.
Qeyd edək ki, A.Qrizmann cari mövsüm “Atletiko”nun heyətində 10 oyuna çıxıb və üç qola imza atıb.