Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazandı

22:39 - 22 Oktyabr 2022

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxıb.

O, şri-lankalı Lahure Vaduceni yolundan kənarlaşdırıb. Bürünc uğrunda rəqib isə qırğızıstanlı Ozorbek Toktomambetov olub. Bu rəqibinə də qalib gələn Kənan Heybətov yekunda bürünc medal əldə edib.

97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az