“Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb - Azərbaycan Premyer Liqası

18:21 - 23 Oktyabr 2022

“Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb - Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.

“ASCO Arena”da keçirilən görüşdə hesab açılmayıb.

Meydan sahiblərinin heyətində Tural Bayramlı 42-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu nəticə ilə xallarının sayını 10-a çatdıran “Səbail” 7-ci, 4 xalı olan “Şamaxı” isə “Sumqayıt”ı qabaqlayaraq 9-cu pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Tura “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az