Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, kapitan Ruslan Lunev Misirin Qahirə şəhərində keçirilən güllə atıcılığı üzrə dünya çempionatında iştirak edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, təmsilçimiz 25 metr məsafəyə tapançadan atış yarışında ikinci yeri tutaraq gümüş medal qazanıb.