“Fənərbağça”dan “come-back”, “Arsenal” məğlub oldu - Avropa Liqası (VİDEO)

22:56 - 27 Oktyabr 2022

“Fənərbağça”dan “come-back”, “Arsenal” məğlub oldu - Avropa Liqası (VİDEO)

UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib.

 

Manset.az xəbər verir ki, hazırda A, B, C və D qruplarında ümumilikdə 8 görüş başa çatıb. Bu matçlardan sonra daha 2 komanda pley-offa adlayıb.

A qrupunda Niderlandda İngiltərə “Arsenal”ına 2:0 hesabı ilə qalib gələn PSV və İsveçdə “Malmö”nü eyni hesabla məğlub edən Belçika “Yunion”u adını növbəti mərhələyə yazdırıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

26 oktyabr

A qrupu

PSV (Niderland) – “Arsenal” (İngiltərə) - 2:0

“Sürix” (İsveçrə) – “Budö Qlimt” (Norveç) - 2:1

B qrupu

AEK (Larnaka, Kipr) – “Dinamo” (Kiyev, Ukrayna) - 3:3

“Fənərbağça” (Türkiyə) – “Renn” (Fransa) - 3:3

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) – “Betis” (İspaniya) - 0:1

D qrupu

“Malmö” (İsveç) – “Yunion” (Belçika) - 0:2

“Yunion” (Berlin, Almaniya) – “Braqa” (Portuqaliya) - 1:0

F qrupu

“Latsio” (İtaliya) – “Midtüllan” (Danimarka) - 2:1

Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad" klubları qrupdan çıxmağı təmin edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az