Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

23:57 - 28 Oktyabr 2022

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bir neçə gün öncə supermarketdə bıçaqlı hücuma məruz qalan İtaliyanın "Montsa" klubunun futbolçusu Pablo Mari Vilyarın durumuna aydınlıq gəlib.

 

Manset.az xəbər verir ki, əməliyyat olunan ispaniyalı müdafiəçi təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacaq. 29 yaşlı oyunçu 2-3 gün isə həkimlərin nəzarəti altında olacaq.

Baş vermiş hadisənin komandada şok effekti yaratdığını nəzərə alan klub rəhbərliyi A Seriyasında "Bolonya" ilə keçirməli olduqları XII tur matçının təxirə salınması üçün üçün İtaliya Futbol Federasiyasına müraciət edəcək.

Qeyd edək ki, Pablo Mari Vilyar ötən gün psixi pozğunluğu olan şəxs tərəfindən kürəyindən bıçaqlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az