“Napoli”dən darmadağın, “Yuventus” tək qola sevindi – VİDEO

23:28 - 29 Oktyabr 2022

“Napoli”dən darmadağın, “Yuventus” tək qola sevindi – VİDEO

İtaliya A seriyasında XII tur davam edir.

 

Manset.az xəbər verir ki, günün iki maraqlı oyunundan biri Neapol, biri isə Leççedə baş tutub.

“Napoli” “Sassuolo”nu qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:0.

Son günlərin parlayan ulduzu Xviça Kvarasxeliya bu oyunda da qəhrəmanlardan birinə çevrilib. O, komandasının qələbəsinə iki məhsuldar ötürmə və bir qolla töhvə verib. Osimhen isə het-triklə darmadağında əsas rol oynayıb.

Günün ikinci matçında isə “Yuventus”u qəbul edən “Leççe” minimalhesablı məğlubiyyətə üzülüb – 0:1.

“Yuventus”un yeganə qolunu Faqioli vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az