Braziliyalı oyunçusunun formada adını dəyişdilər : Rusiyada qəribə olay

14:12 - 30 Oktyabr 2022

Braziliyalı oyunçusunun formada adını dəyişdilər : Rusiyada qəribə olay

Rusiyanın “Lokomotiv Moskva” futbol klubunun bu günlərdə atdığı addım hər kəsin marağına səbəb olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, klub rəhbərliyi bu ilin sentyabr ayında Braziliyanın “Amerika Mineyro” klubundan transfer etdiyi “Pedrinyo” olaraq bilinən Pedro Qabryel Pereyra Lopesə qəribə tələb irəli sürüb. Onlar braziliyalı oyunçunun formasında isminin başqa cür göstərilməsini  istəyiblər. Əslində, burada qəribə heç bir şey yoxdur.

Yalnız bilindiyi üzrə braziliyalı oyunçuların əsl adları çox uzun olduğu üçün onlar adətən xüsusi ləqəblə və ya soyadları ilə çıxış etməyə üstünlük verirlər. “Lokomotiv” rəhbərliyi isə futbolçunun özünə “Pedrinyo” adının Rusiyada homoseksual mənanı xatırlatdığını deyib və onu formada “Pedro Qabriyel” kimi göstərib. Hadisəni futbolçunun özü də mediaya verdiyi müsahibədə təsdiqləyib.

Rusların bu “həssaslığı” sosial şəbəkələrdə  lağ-lağı və məsxərəyə səbəb olub. İstifadəçilər (xüsusilə ukraynalılar) ruslardan əgər isimlər bu məqsədlə dəyişdiriləcəksə, ilk öncə müdafiə nazirinin (Sergey) adından başlamalarını məsləhət görüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az