“Sabah” “Qəbələ”ni məğlub etdi

21:03 - 30 Oktyabr 2022

“Sabah” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, günün ikinci oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib.

63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb.

90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.

“Sabah” – “Qəbələ” 2:1

Qol: Aleksey Kaşuk, 63, Davit Volkov, 90+3 - İsnik Alimi, 5

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
​“Bank Respublika Arena”, 18:30


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az