UEFA-dan Azərbaycanlı referiyə tarixi TƏYINAT

11:51 - 31 Oktyabr 2022

UEFA-dan Azərbaycanlı referiyə tarixi TƏYINAT

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin matçına təyinat alıb.

 

PFL-dən Manset.az-a verilən məlumata görə, təcrübəli hakimimiz qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin sonuncu turundakı “Kopenhagen” – “Borussiya” (Dortmund) matçında fit çalacaq.

Bu Azərbaycan futbol tarixində ilk belə haldır.   

Qeyd edək ki, “Kopenhagen” – “Borussiya” matçı noyabrın 3-ü saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az