Poqba Dünya Çempionatını buraxacaq

21:46 - 31 Oktyabr 2022

Poqba Dünya Çempionatını buraxacaq

Pol Poqba zədə səbəbindən 2022-ci il Dünya Çempionatını buraxacaq.

 

Manset.az xəbər verir ki, bu barədə futbolçunun agenti Rafaela Pimenta məlumat verib.

“Dünənki və bugünkü tibbi müayinələrdən sonra Paul Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdə Fransa yığmasına qatıla bilməyəcək”, - Pimenta bildirib.

Xatırladaq ki, “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi uzun müddət oyunsuz qaldığı üçün bud əzələsindən zədə alıb. O, bu yaxınlarda menisk zədəsini sağaldıb.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az