“Yaxşı ki, “Qarabağ”ı ilk oyunda məğlub edə bildik. Bu komandanın oyununa baxmaq zövq verir”.
Manset.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la qarşılaşacaq “Frayburq” klubunun baş məşqçisi Kristian Ştrayx deyib.
O, sabah Bakıda keçiriləcək oyunla bağlı fikirlərini bildirib: “Yaxşı oyuna, yaxşı heyətə sahibdirlər”.
“Azərbaycanla Ermənistan arasında gərginlik yaşadığını bilirsiniz” sualına Ştrayx belə cavab verib: “Bilirəm ki, bu iki ölkə arasında gərginlik var. Amma bunun dərinliyinə girmirəm. Çünki biz Ağdamda deyil Bakıda oynayacağıq. Siyasi məsələləri çox müzakirə etmək istəmirəm”.