Serbiya yığması Bakıdakı Dünya Kubokuna qatılmayacaq

20:59 - 02 Noyabr 2022

Serbiya yığması Bakıdakı Dünya Kubokuna qatılmayacaq

5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Serbiya yığması bu yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib.

Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az