Bu gün “Qarabağ” - “Frayburq” matçı var

09:04 - 03 Noyabr 2022

Bu gün “Qarabağ” - “Frayburq” matçı var

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

 

Manset.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, matçın “Qarabağ” üçün əhəmiyyəti böyükdür.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Avropa Liqası, qrup mərhələsi

VI tur, G qrupu

3 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az