Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq

11:34 - 04 Noyabr 2022

Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq

“Real”ın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq.

 

Manset.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası (FFF) ilə müqavilə imzalayıb. Qərar qəbul edilib və milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatındakı nəticələrindən asılı olmayacaq.

O, Didye Deşamı əvəz edəcək. 54 yaşlı menecerin rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu olub.

Zidanın bütün məşqçilik yolu “Real”ın strukturunda olub. Baş məşqçinin fəaliyyəti dövründə “Real Madrid” iki dəfə İspaniya çempionu (2016/2017, 2019/2020), üç dəfə Çempionlar Liqasının qalibi (2015/2016, 2016/2017, 2017/2018), UEFA superkubokunun qalibi olub, İspaniya Superkuboklarını (2017, 2019/2020) və Klublararası Dünya Kubokunu (2016) qazanıb.

Hazırda FİFA milli komandalarının ümumi reytinqində Fransa millisi dördüncü yerdədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az