“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəlilədi

11:57 - 04 Noyabr 2022

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəlilədi

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

 

Manset.az xəbər verir ki, Avropa futbol qurumunun saytında yer alan məlumata görə, “köhlən atlar” avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25,000 xal var.

Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya “Frayburq”u ilə heç-heçə edib. Məhz bu nəticə “Qarabağ”ın reytinqdə irəliləməsinə səbəb olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə 61-63-cü yerləri bölüşür.

Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az