“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI

16:28 - 08 Noyabr 2022

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün təyinatları açıqlanıb.

 

Manset.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.

Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.

Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaqsa, Eyyub İbrahimov ona yardım edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası
III turdan təxirə salınmış oyun
9 noyabr (çərşənbə)

14:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az