Dünya Çempionatını Azərbaycanda kimlər şərh edəcək? - SİYAHI

15:26 - 17 Noyabr 2022

Dünya Çempionatını Azərbaycanda kimlər şərh edəcək? - SİYAHI

Qətərdə keçiriləcək dünya çempionatının yayım hüququna sahib oyunların şərhçi heyəti bəlli olub. 

 

Manset.az xəbər verir ki, bu barədə Neftçi tv-nin əməkdaşı İsmayıl Abdullayev sosial şəbəkə hesabında yazıb.

O şəxsi hesabında bu barədə məlumatı İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimovun "Radio Enerji"də (101.1 FM) yayımlanan "Səhərin şərhi" proqramına açıqlamasında dediyini bildirib:

“Onun sözlərinə görə, mundialın matçlarını İTV kanalının əməkdaşları Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyevlə yanaşı, "CBC Sport"dan olan həmkarları Pərviz Musayev, Ramiz Mirzəzadə, Elnur Məmmədli, Ramil Cahangirov və Gündüz Abbaszadə şərh edəcək”.

Sonda İsmayıl Abdullayev bütün həmkarlarına uğurlar arzu edib:

“7 şərhçinin illər ərzində qazandığı təcrübədən maksimum yararlanacağına əminəm. Amma xüsusilə Əhməd Əliyevi vurğulamaq istəyirəm. Çox inanıram ki, "Neftçi TV" yetirməsi olan və şərhçi kimi ilk mundial həyəcanını yaşayacaq istedadlı qardaşımız da bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcək”.

Xatrladaq ki, Qətər-2022 Futbol üzrə Dünya Çempionatı noyabr ayının 20-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az