Türkiyədə keçirilən kikboksinq üzrə Avropa çempionatında 7 idmançımız finala çıxdı

22:30 - 17 Noyabr 2022

Türkiyədə keçirilən kikboksinq üzrə Avropa çempionatında 7 idmançımız finala çıxdı

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında 7 idmançımız finala çıxıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Elvin Məmmədov (54 kq) Anar Məmmədov (57 kq) və Amin Quliyev (60 kq) qızıl medal üçün mübarizə aparacaq.

Həmçinin, “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.

Bundan başqa, “Low kick”də Elcan Alkişiyev (81 kq), Orxan Məlikov (91 kq), “Full contact”da Camal Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), K1-də Vüsal Kazımov (54 kq), Elxan Əliyev (75 kq), Bəhram Rəcəbzadə (+91 kq), eləcə də veteranlarda Fuad Seyidov bürünc medal qazanıblar. Seyidov həm “Point fighting”də, həm də “Light contact”da bu uğura nail olub.

Qeyd edək ki, final görüşləri 18-19 noyabr tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az