Milimiz Şimali Makedoniyaya qalib gəldi - YENİLƏNDİ

18:49 - 20 Noyabr 2022

Milimiz Şimali Makedoniyaya qalib gəldi - YENİLƏNDİ

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başa çatıb. 

 

Manset.az xəbər verir ki, görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Yığmamızın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev fərqləniblər. 

Bu, millimizin ardıcıl 5 oyunda 5-ci qələbəsidir.  

***

Ramil Şeydayev 89-cu dəqiqədə fərqləndi.

***

Azərbaycan millisi qırmızı vərəqə aldı. 75-ci dəqiqədə Höccət Haqverdi meydandan qovulur.

***

Musa Qurbanlı 65-ci dəqiqədə heabı 2:1 edib. 

Beləliklə, Azərbaycan millisi irəliləyir. 

***

Şimali Makedoniya - Azərbaycan (birinci hissə) 1:1 

***

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında 25-ci dəqiqədə hesab açılıb.

1:0

***

17:00. Şimali Makedoniya - Azərbaycan (birinci hissə) 0:0 

Şimali Makedoniya: Damyan Şişkovski, Stefan Ristovski (k), Nikola Serafimov, Stefan Aşkovski, Visar Musliu, Enis Bardi, Boban Nikolov, David Babunkski, Lupçe Doriyev, İliya Nesterovski, Elif Elmas

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Bəxtiyar Həsənalızadə, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Riçard Almeyda, Emin Mahmudov (k), Aleksey İsayev, Ozancan Kökçü, Ramil Şeydayev, Musa Qurbanlı

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)
Skopye, “Todor Proeski Milli Arena”sı

09:16

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Manset.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunu

20 noyabr

17:00. Şimali Makedoniya - Azəraycan

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az