Açılış matçını Ekvador qazandı - YENİLƏNİR

22:00 - 20 Noyabr 2022

Açılış matçını Ekvador qazandı - YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb. 

Manset.az xəbər verir ki, turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb. 

A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib. 

Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq. 

***

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb. 

Manset.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. 

***

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb. 

Manset.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. 

***

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab dəyişib. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ekvadorun hücumçusu Enner Valensiya özünün və komandasının ikinci qolunu vurub. 

Hazırda oyun Ekvadorun üstünlüyü ilə davam edir - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb. 

Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb. 

Hazırda Ekvador qalib gəlir - 1:0.

***

Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib.

Manset.az xəbər verir ki, Qətərdə keçiriləcək mundialın açılış günündə meydan sahibləri Ekvadorla qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

20 noyabr

Dünya çempionatı

A qrupu

20:00.Qətər - Ekvador - 0:0 (Birinci hissə)

29 gün davam edəcək futbol bayramında 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq. Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra dünya çempionatına üç günlük fasilə veriləcək.

Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-ü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək

Qeyd edək ki, ilk dəfədir ki, dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Bu yarış həm də 32 komandanın iştirakı ilə keçiriləcək sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.

DÇ-2022-də qrupların tərkibi

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

***

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu üçün start heyətləri bəlli olub.

Manset.az xəbər verir ki, ev sahibləri ilə Ekvador arasında keçiriləcək ilk matçın start heyətləri belədir:

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az