"Fənərbağça"nın hücumçusu millinin tarixinə düşdü

20:41 - 20 Noyabr 2022

\"Fənərbağça\"nın hücumçusu millinin tarixinə düşdü

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Ener Valensiya Ekvador millisinin tarixinə düşüb.

 

Manset.az "report"a istinadən xəbər verir ki, hücumçu buna Qətərə qarşı dünya çempionatının açılış oyununda fərqlənməklə nail olub.

16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusu olub. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az