Azərbaycan şahmat millisi dünya çempionatında növbəti görüşünə çıxacaq.
Manset.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Aydın Süleymanlı və Vüqar əsədlinin yer aldığı yığmamız 3-cü turda Hindistan, 4-cü turda isə Polşa ilə üz-üzə gələcək.
Qeyd edək ki, komandamız dünən Özbəkistan və ABŞ-ı məğlub edib. Millimiz hazırda qrup lideridir.