Dünya çempionatının fasiləsindən sonra yeni komandası ilə müqavilə bağlayacağı gözlənilən portuqaliyalı futbolçu ilə bağlı yeni transfer iddiası irəli sürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qətərdə keçirilən dünya çempionatı üçün Fransa millisinə yollanan Kərim Benzemanın zədəsi Real Madridə dərin təsir edəcək. Zədəsi səbəbindən millidən uzaqlaşdırılan fransalı futbolçunun dünya çempionatından sonra bir müddət meydanlardan uzaq qalması Kriştianu Ronaldonun transferini gündəmə gətirib.
İspan mətbuatı portuqaliyalı futbolçunun paytaxt komandasına təklif aldığını iddia edib.
“Mançester Yunayted” karyerasını gözdən çıxaran Ronaldo 6 aylıq müqavilə təklifi ilə “Real Madrid”in qapısını döyüb. Menecer Xorxe Mendeşin İspaniya komandası ilə 6 aylıq icarə təklifi ilə bağlı razılığa gələ biləcəyi bəyan edilib.