İsveçrə Millisinə aşağı yaş kateqoriyalarında xidmət edən Bosniya-Herseqovina yığmasının Zrinjski Mostar klubunda çıxış edən yarımmüdafiəçi Kərim Gazzetta 27 yaşında intihar edərək həyatına son qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyulda "Xamaks"dan Bosniya və Herseqovinanın "Zrinjski Mostar" klubuna keçən 27 yaşlı yarımmüdafiəçi Kneza Viseslava küçəsində yerləşən binadan özünü ataraq intihar edib. Faciəli xəbəri Bosniya və Herseqovina Daxili İşlər Nazirliyinin sözçüsü Ljudevit Mariç də təsdiqləyib.
Futbolçu karyerasında ilk xaric təcrübəsini Zrinjski Mostarda keçirən Gazzetta Bosniya yığmasında 1 oyun keçirib və zədəsindən sonra bir daha oynaya bilməyib.
Bir vaxtlar İsveçrə futbolunun ən istedadlı oyunçularından biri kimi qiymətləndirilən və İsveçrənin bütün aşağı yaş kateqoriyalarında çıxış edən Gazzetta karyerasına Servette ilə başlayıb və sonra Winterthur, Stade-Lozanne və Neuchâtel Xamax kimi komandaların formasını geyinib. Karyerası boyunca 270 oyuna çıxan Gazzetta 36 qol vurub və 14 məhsuldar ötürmə edib.