Argentinadan şok məğlubiyyət - YENİLƏNDİ

16:08 - 22 Noyabr 2022

Argentinadan şok məğlubiyyət - YENİLƏNDİ

Matç bitdi

***

Əl Davsari 53-cü dəqiqədə ikinci qolu vurur.

***

Saleh Əl Şəhri 48-ci dəqiqədə hesabı bərabərləşdirir

***

İkinci hissə başladı

***

İlk hissə başa çatdı

***

Hakim qolu ofsayd səbəbindən ləğv edir.

***

28-ci dəqiqədə Lautaro Martines hesabı 2:0 edir.

***

Lionel Messi 10-cu dəqiqədə penaltidən hesabı açır

***

Matç başladı

***

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start veriləcək.

Manset.az xəbər verir ki, günün ilk matçı C qrupunda baş tutacaq. Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkəcək.

D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı

22 noyabr

C qrupu

14:00. Argentina - Səudiyyə Ərəbistanı

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

"Lusail" stadionu

20:00. Meksika - Polşa

Baş hakim: Kris Bit (Avstraliya)

"Stadion 974"

D qrupu

17:00. Danimarka - Tunis

Baş hakim: Sesar Arturo Ramos

"Edyukeyşn Siti" stadionu

23:00. Fransa - Avstraliya

Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)

"Əl-Canub" stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az