Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.
Manset.az xəbər verir ki, qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.
"Edyukeyşn Siti" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
Qətərdəki dünya çempionatında Danimarka və Tunis yığmaları arasında keçirilən D qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0
***
Danimarka və Tunis milliləri arasında görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşdı.
***
Matç başladı
***
Qətərdə keçirilən dünya çempionatında D qrupunun da matçlarına start veriləcək.
Manset.az xəbər verir ki, qrupun ilk matçında Danimarka Tunislə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da başlayacaq.