Meksika - Polşa oyununda qalib müəyyənləşmədi- YENİLƏNİR

22:00 - 22 Noyabr 2022

Meksika - Polşa oyununda qalib müəyyənləşmədi- YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, qrupun 2-ci oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı gözlənilmədən Argentina millisinə qalib gəlib - 2:1. Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.

***

Qətərdəki dünya çempionatında Meksika və Polşa yığmaları arasında keçirilən C qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, hələlik qarşılaşmada hesab açılmayıb - 0:0

***

Qətərdəki dünya çempionatında Meksika və Polşa yığmaları arasında keçirilən C qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0

***

Qətərdəki dünya çempionatında Meksika və Polşa milli komandaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Görüşü avstraliyalı FIFA referisi Kris Bit idarə edir.

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Meksika və Polşa yığmalarının start heyətləri bəlli olub.

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Meksika: Gilyermo Oçoa (K), Kevin Alvares, Luis Çaves, Xesus Qalyardo, Ektor Errera, İrvinq Losano, Henri Martin, Sesar Montes, Ektor Moreno, Xorxe Sançes, Aleksis Veqa

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Metti Keş, Kamil Qlik, Yakub Kaminski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Sebastian Şimanski, Nikola Zalevski, Pyotr Zelinski

***

Bu gün dünya çempionatında C qrupunda 1-ci turun oyunlarına yekun vurulacaq.

Manset.az xəbər verir ki, Meksika Polşa ilə qarşılaşacaq.

Matç Bakı vaxtilə saat 20:00-da başlayacaq.

DÇ-2022

C qrupu

Meksika - Polşa


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az