Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.
Manset.az xəbər verir ki, qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib - 4:1.
Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransızları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.
Bu nəticədən sonra Fransa yığması 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.
00:37
Fransa millisi Qətərdəki dünya çempionatında Avstraliyaya qarşı keçirdiyi D qrupunun I tur oyununda 4-cü qolu rəqibin qapısından keçirib.
Manset.az xəbər verir ki, 71-ci dəqiqədə Olivye Jiru dubl edib. O, Kilian Mbappenin ötürməsini qola çevirib - 4:1.
00:33
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 4-cü qol vurulub.
Manset.az xəbər verir ki, 68-ci dəqiqədə Kilian Mbappe 3-cü topu avstraliyalıların qapısından keçirib - 3:1.
00:12
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 2-ci hissə başlayıb.
Manset.az xəbər verir ki, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 2:1.
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Qolları avstraliyalılardan 9-cu dəqiqədə Kreyq Qudvin, fransalılardan isə 27-ci dəqiqədə Adrian Rabyo və 2-ci dəqiqədə Olivye Jiru vurub.
***
Olivye Jiru 32-ci dəqiqədə hesabı 2:1 edir.
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab dəyişib.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi 27-ci dəqiqədə Adrian Rabyonun vurduğu qolla tarazlığı bərpa edib.
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab açılıb.
Manset.az xəbər veri ki, 9-cu dəqiqədə Kreyq Qudvin avstraliyalıları önə çıxarıb. 1:0
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.