Yaponiya Almaniyaya qalib gəldi- YENİLƏNDİ

19:05 - 23 Noyabr 2022

Yaponiya Almaniyaya qalib gəldi- YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyunu başa çatıb. 

Manset.az xəbər verir ki, qarşılaşma “gündoğar ölkə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində Asano Yaponiyanı hesabda önə çıxarıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində Yapniyanın heyətində Doan hesabı bərabərləşdirib. 

***

Almaniya - Yaponiya görüşündə ikinci hissə start götürüb.

Manset.az xəbər verir ki, ilk hissədən sonra Almaniya millisi 1-0 hesabı ilə öndədir.

***

Almaniya - Yaponiya görüşündə ilk hissə başa çatıb. İlk hissədən sonra avropalılar rəqibini 1-0 hesabı ilə üstələyir. 

***

Matç başladı

***

Qarşılaşma üçün heyətlər də açıqlanıb:

Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kmmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz

Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda

***

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

Manset.az xəbər verir ki, günü növbəti matçında Almaniya Yaponiya ilə üz-üzə gələcək. 

Qarşılaşma 17:00-da başlayacaq. 

E qrupu
17:00.Almaniya - Yaponiya
Baş hakim: İvan Barton (Salvador)
“Xəlifə” stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az