Ronaldo koronavirusa yoluxdu

21:03 - 24 Noyabr 2022

Ronaldo koronavirusa yoluxdu

Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.

Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az