Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Niderlandla Ekvador qarşılaşıb.
Manset.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə bitib.
***
Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Niderlandla Ekvador qarşılaşır.
Manset.az xəbər verir ki, qarşılaşmada ikinci qol vurulub.
Matçın 49-cu dəqiqəsində Ekvadorun hücumçusu Ener Valensiya hesabı bərabərləşdirib - 1:1.
***
Niderland hesabı açır. Qakpo 6-cı dəqiqədə fərqləndi.
***
Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Niderland: Andris Noppert, Denzel Dümfris, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Frenki De Yong, Kodi Qakpo, Devi Klassen, Stiven Berqveyn, Yurrien Timber, Tön Kopmeyners
Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.