Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis-Avstraliya qarşılaşması başa çatıb.
Oyunda yeganə qolu Avstraliya millisinin oyunçusu Mitçell Dyuk 24-cü dəqiqədə vurub.
15:05
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında matçın ikinci hissəsi başladı.
14:51
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında keçirilən görüşün birinci hissəsi başa çatdı.
Avstraliya millisi fasiləyə 0:1 hesablı üstünlüklə yollandı.
14:27
DÇ-2022-nin qrup mərhələsi çərçivəsində Tunislə qarşılaşan Avstraliya millisi hesabda önə keçib. 0:1
14:00
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında görüş başlandı.
13:15
Futbol üzrə dünya çempionatında II turun oyunları davam edir.
Manset.az xəbər verir ki, II tur çərçivəsində günün ilk qarşılaşması D qrupunda keçiriləcək. Saat 14:00-da başlayacaq oyunda Tunis və Avstraliya yığmaları üz-üzə gələcək. Hazırda Tunisin aktivində 1, Avstraliyanın aktivində 0 xal var. Belə ki, ilk turda Tunis Danimarka ilə qolsuz heç-heçə etmiş, Avstraliya isə Fransaya 4-1 hesabı ilə uduzmuşdu. Avstraliya bu gün də məğlub olarsa, mundialla vidalaşacaq.
DÇ-2022, Qrup mərhələsi, II tur
D qrupu
14:00. Tunis-Avstraliya
Xallar: Fransa - 3, Danimarka- 1, Tunis - 1, Avstraliya - 0.