Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.
18:59
Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab dəyişib.
Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə 2-ci qolu qolu rəqibin qapısından keçirib - 2:0.
18:17
Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Hələlik Avropa təmsilçisi hesabda öndədir - 1:0.
17:38
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Polşa-Səudiyyə Ərəbistanı milliləri arasında görüşdə hesab açılıb.
39-cu dəqiqədə Pyotr Zelinski dəqiq zərbə ilə topu qapıya göndərib.
17:02
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Polşa və Səudiyyə Ərəbistanı milliləri arasında görüş başladı.
16:37
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.
“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı onbirliklərlə çıxacaqlar:
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski
Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.