Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Manset.az xəbər verir ki, Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.
Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Manset.az xəbər verir ki, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1
Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.
***
Alfonso Deyvs fərqləndi.
***
Kanada 2-ci dəqiqədə hesabı açdı.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Xorvatiya: Livakovic, Juranovic, Lovren, Gvardiol, Sosa, Modric, Brozovic, Kovacic, Livaja, Perisic, Kramaric.
Kanada: Borjan; Laryea, Johnston, Vitoria, Miller, Davies; Buchanan, Hatçinson, Eustaquio, Larin; David.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.