İspaniya - Almaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNDİ

00:56 - 28 Noyabr 2022

İspaniya - Almaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

Manset.az xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

00:43

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Manset.az xəbər verir ki, görüşdə hesab bərabərləşib - 1:1.

Qarşılaşmanın 83-cü dəqiqəsində Niklas Füllkrüq Almaniyanın cavab qolunu vurub. 

00:22

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Manset.az xəbər verir ki, görüşdə hesab açılıb. 

Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb - 1:0

00:03

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Manset.az xəbər verir ki, görüşün ikinci hissəsi başlayıb.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

23:48

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Manset.az xəbər verir ki, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 

23:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Manset.az xəbər verir ki, görüş saat 23:00-da start götürüb.

22:13

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Almaniya: Neuer - Kehrer, Süle, Rüdiger, Raum - Kimmich, Goretzka - Musiala, Gündogan, Gnabry - Müller

İspaniya: U.Simon - Carvajal, Rodri, Laporte, Alba - Gavi, Busquets, Pedri - Asensio, Olmo, Ferran

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az