Dünya Çempionatı 2022 çərçivəsində keçirilən Serbiya-Kamerun qarşılaşması 3:3 hesabı ilə yekunlaşıb.
***
Kamerun yığması iki dəqiqəyə iki qol vuraraq oyunda hesabı 3:3 edib.
Manset.az xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Abubakar, 66-cı dəqiqəsində isə Chupo-Motinq fərqlənib.
***
Mitroviç oyunun 53-cü dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.
***
Milinko Saviç ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Serbiyanı önə keçirib - 2-1.
***
Pavloviç 45+1-ci dəqiqədə hesabı bərabərləşdirdi
***
Kastelletto 29-cu dəqiqədə hesabı açır.
***
Matç başladı.
***
Bu gün dünya çempionatında G və H qruplarında ikinci turun matçları keçiriləcək.
Manset.az xəbər verir ki, günün və G qrupunun açılış matçında Kamerun və Serbiya yığmaları üz-üzə gələcək.
DÇ-2022
G qrupu
2-ci tur
Kamerun - Serbiya
Heyətlər:
Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç