Pele Braziliya millisinin oyununu xəstəxanada izləyəcək: DÇ-2022

21:17 - 05 Dekabr 2022

Pele Braziliya millisinin oyununu xəstəxanada izləyəcək: DÇ-2022

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele ölkəsinin Qətərdəki dünya çempionatında Cənubi Koreyaya qarşı keçirəcəyi 1/8 final oyununu müalicə aldığı xəstəxanada izləyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə veteran hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, vacib görüşdən öncə futbolçulara uğurlar arzulayıb: "Hər birinizə azarkeşlik edəcəyəm".

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az